AtaBank bayram günləri müştərilərə xidmət göstərəcək

11:33 - 15.03.2018


“AtaBank” Novruz Bayramı münasibətilə bütün xalqımızı təbrik edir və bayram günlərində iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankın aşağıdakı filialları 22, 24 və 25 Mart tarixlərində fəaliyyət göstərəcək:

  • 22, 25 Mart - Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ;  09:00 – 18:00 – dək ( fasiləsiz )
  • 22, 25 Mart - Elmlər şöbəsi - Bakı şəh., Bəxtiyar Vahabzadə küçəsi, 558-ci məhəllə ; 09:00 – 18:00 – dək ( fasiləsiz )
  • 22, 24, 25 Mart - Sahil şöbəsi - Bakı şəh., Puşkin küç.9, qapı 1 və 2 ; 09:00 – 18:00 – dək ( fasiləsiz )

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

Вся лента