Azərbaycanda “Enerji effektivliyi haqqında” qanun layihəsinin hazırlanması başa çatıb

11:49 - 15.03.2018


15 mart, Fineko/abc.az. Azərbaycanın Energetika Nazirliyi  “Enerji effektivliyi  haqqında”  qanun layihəsinin hazırlanmasını başa çatdırıb.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, qanun layihəsi Beynəlxalq Enerji Xartiyasının ekspertlərinin iştirakı ilə hazırlanıb.

“Qanun layihəsi növbəti ekspertizadan və qurumlararası razılaşdırmadan keçiriləcək, bundan sonra baxılması üçün hökumətə təqdim ediləcək”, - deyə nazir bildirib.

 

Вся лента