“Fitch” Cənub Qaz Dəhlizinin istiqrazlarının reytinqini təsdiqlədi

16:50 - 15.03.2018


15 mart, Fineko/abc.az. “Fitch” beynəlxalq reytinq agentliyi, “Cənub Qaz Dəhlizi” QSC-in təmin edilməmiş avrobondlarının istiqrazlarının xarici valyutada "BB +" səviyyəsində reytinqini təsdiqləyib.

“Fitch Ratings”in məlumatında deyilir ki, reytinq üzrə proqnoz sabitdir.

Azərbaycan hökumətinin təminatına əsasən buraxılan 2 milyard ABŞ dolları məbləğində  SGC Avrobondları 2026-cı ilədək dövriyyədə olacaq.

 

Вся лента