18:01 - 15.03.2018
15 mart, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı, ölkə kənarında fəaliyyət göstərən törəmə şirkətlərinin bağlanmasını bildirib.
Bankdan verilən məlumata əsasən, Bank, “ABB – Moskva”, “ABB – Gürcüstan” və “Biznes-Rabitə” MMC-ni bağlayır.
“Bankın Səhmdarlarının ötən gün keçirilmiş ümumi yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” şirkətinin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar ABB-nin özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”, - bunu ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov deyib.
Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Bankın digər törəmə müəssisələri, o cümlədən “Azericard” MMC (prosessinq mərkəzi) və “Beynəlxalq Lizinq” QSC isə fəaliyyətini davam etdirməkdədir.
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının ABB-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin Bankın nizamnamə kapitalındalı payı 96,5%-ə yüksəlib.
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
16 Апрель 2024