“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

11:11 - 16.03.2018


16 mart, Fineko/abc.az. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bayram günlərində işləməyəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında deyilir ki, Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri  martın 20-dən 25-nə qədər işləməyəcək.

Martın 26-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.

 

 

Вся лента