Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını keçirəcək

11:35 - 16.03.2018


16 mart, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsini bildirib.

AMB-dan verilən məlumata əsasən, hərrac bazar ertəsi günü, 19 mart 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə 8,01% – 12,99% dərəcə üzrə 250 milyon manata qədər vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.

AMB depozit hərraclarını 13 iyun 2016-cı il tarixindən etibarən keçirir.

 

 

Вся лента