Azərbaycanın baş naziri Parlament qarşısında hesabat verib

14:00 - 16.03.2018


16 mart, Fineko/abc.az. Azərbaycan hökuməti ölkə Parlamenti qarşısında hesabat verib.

Azərbaycanın Baş naziri Artur Rəsizadənin sözlərinə görə, son 14 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb.

“Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib”, - Baş nazir belə deyib.

 

Вся лента