Xarici ticarət iştirakçıları artıb - Dövət Komitəsi məlumat yaydı

14:47 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları haqqında məlumatları açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin ilk 5 ayında 28 min 941 şəxs idxal və ya ixrac əməliyyatı ilə məşğul olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 23 min 76 şəxs xarici ticarət iştirakçısı idi.

Bu isə onu göstərir ki, xarici ticarət iştirakçılarının sayı artıb.

Qeyd edək ki, ilk 5 ayda 28 min 941 şəxs iştirakçının 22 min 521-i fiziki şəxs, 6 min 420-si hüquqi şəxslər olub.

Ötən ilin eyni dövründə saylar müvafiq olaraq 17 min 72 fiziki şəxs, 6 min 4 hüquqi şəxs idi.

Müəllif: Elmir Murad

 

Вся лента