YDM-lərdə elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına başlanıb

15:16 - 17.06.2021


17 iyun, Fineko/abc.az. “SOCAR” yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına başlanılıb.

Qurumdan ABC.AZ-a verilən məlumata əsasən, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məscidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb.

Cari ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “SOCAR”-ın bütün YDM-lərində şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcək.

 

Вся лента