Bugün 48 nəfər koronavirus infeksiyasına yoluxub – Günün Statistikası

17:19 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

Bugünədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.

 

Вся лента