İstirahət günlərindən sonra BFB DOİ və qısamüddətli notların yerləşdirilməsi üzrə iki hərrac keçirəcək

20:48 - 19.03.2018


19 mart, Fineko/abc.az. İstirahət günlərindən dərhal sonra Bakı Fond Birjası Maliyyə Nazirliyinin DOİ-in və AMB-in qısamüddətli notlarının yerləşdirilməsi üzrə iki hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, martın 27-də Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“DOİ emissiyasının həcmi 15 milyon manat təşkil edəcək, hər  istiqrazın nominal dəyəri 100 manatdır. İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirlilyi 9% təşkil edir. Anderrayter qismində “PASHA Capital” şirkəti çıxış edir”, - Birjanın məlumatında belə deyilir.

BFB-in məlumatında həmçinin deyilir ki, martın 28-də Mərləzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notların həcmi  250 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - məlumatda belə deyilir.

 

 

Вся лента