Rusiyanın Kemerovo şəhərində həlak olanlara görə matəm günü elan edildi

15:07 - 27.03.2018


27 mart, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin  martın 28-ni Rusiyada, Kemerovo şəhərinin “Zimnyaya vişnya” («Зимняя вишня») ticarət mərkəzində baş vermiş yanğında həlak olanlara görə matəm günü elan edib.

Yanğın, Kemerovo şəhərindəki “Zimnyaya vişnya” TM-də  martın 25-də  baş vermişdir. 64 nəfər, o cümlədən, 41 uşaq həlak olmuşdur. Xəstəxanalarda 12 nəfər müalicə alır, daha 55 nəfər ambulator qaydada müalicə alır. İstintaq Komitəsi, üç maddə, o cümlədən, yanğın təhlükəsizliyi qaydalarının pozulması haqqında maddə üzrə istintaq aparır.

 

 


Вся лента