Caspian European Club DGK-nin rəhbəri ilə biznes-forum keçirəcək

15:46 - 16.10.2017


25 oktyabr 2017-ci il tarixdə Caspian European Club çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, biznes-forumda Klubun şirkət rəhbərlərinin gömrük nizamlanması və gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təşəbbüs və təklifləri müzakirə ediləcək. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlər həmçinin gömrük sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəklər.

Biznes-forumda yalnız Caspian European Club  və Caspian American Club-un saytında aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə biləcəklər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artlıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həm də orta və kiçik biznesin, startapların inkişafı üzrə layihələrə ibformasiya və təşkilati dəstək verir.

 

Вся лента