Cybernet Daşınar əmlakın yüklülüyünün dövlət reyestrininproqram təminatını hazırlayacaq

10:25 - 28.03.2018


Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasınınelan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrikiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanıyaradır. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır. Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq.Bu da nəticədə maliyyəyə əlçatanlıqimkanlarını genişləndirəcək.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Cybernet şirkətinin nümayəndələri beynəlxalq təcrübə mübadiləsi əsasında ən müasir nümunələr üzrə araşdırmalar aparmışlar.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

 

 

Вся лента