Bakıda Tibbi Turizm üzrə biznes-forum keçiriləcək

12:17 - 28.03.2018


28 mart, Fineko/abc.az. Bakıda Tibbi Turizm üzrə Azərbaycan-Alman biznes-forumu keçiriləcək.

Biznes-forum Azərbaycan-Alman Ticarət Palatası tərəfindən aprelin 10-da, “Berlin Biznes Texnologiyaları üzrə Əməkdaşlıq”  GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Kardiologiya, neyrocərrahiyə və onkologiya sahələrində Berlinin qabaqcıl klinikalarının nümayəndə heyətlərinin iştirak edəcəyi biznes-forumun keçirilməsində məqsəd,  yeni əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi, həmçinin, səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və tibbi turizm sahəsində layihə və təkiflərin  təqdimatıdır.

Tədbirdə iştirak ödənişsizdir, iştirak etmək üçün isə aprelin 3-nə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək olar: https://docs.google.com/forms/d/e/1FAIpQLSeffizlk5Yhh6JnFYWIiieVGBTYBpQyV2Q4iwscMHH5poLi-w/viewform

 

Вся лента