Azərbaycan Turizm Assosiasiyası yeni komitə təsis edib

12:33 - 28.03.2018


28 mart, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) yeni komitə təsis edib.

AzTa-nın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov bildirib ki, Assosiasiya turizm bələdçiləri ilə iş üzrə komitə yaradıb.

“Komitənin ilk iclasında inzibati məsələlər müzakirə olunub və rəhbər seçilib.  Rəhbər, “Guide Services” şirkətinin rəhbəri Samirə Quliyeva seçilib”, - G.Qəhrəmanov belə deyib.

Beləliklə, Azərbaycan Turizm Assosiasiyasının artıq 5 komitəsi fəaliyyət göstərir – gəlmə turizm üzrə, getmə turizm üzrə, nəqliyyat məsələli üzrə, otellərlə iş üzrə və bələdçilərlə iş üzrə.

 

Вся лента