Bakıya yeni 320 ədəd avtobus gətiriləcək

14:08 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a verilən məlumata görə, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da Türkiyənin “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin istehsalıdır.

Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti İzmir şəhərinə səfər edib. Səfər zamanı avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib.

 


Вся лента