Azərbaycan prezidenti ATƏT-in DTİHB missiyasının rəhbəri ilə görüşüb

12:32 - 30.03.2018


30 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

Tərəflər qarşıdan gələn prezident seçkilərinə dair məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev seçkilərin demokratik, ədalətli və şəffaf bir atmosferdə, seçki qanunvericiliyinə uyğun olaraq keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini bildirib.

 

 

Вся лента