Xalq Bank elektron ticarətin inkişafında lider banklardan biridir

16:04 - 30.03.2018


Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən 2017-ci ilin yekunlarına həsr olunmuş tədbirdə Xalq Bank “Elektron ticarətin inkişafında lider bank” nominasıyası üzrə mükafata layiq görülmüş və diplomla təltif edilmişdir.

Bu mükafat, Xalq Bank tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi üçün uğurla həyata keçirdiyi müxtəlif layihələrin və kampaniyaların nəticəsidir. Bank, bundan sonra da müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı sahəsində müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.  

Xalq Bankın xidmət və məhsulları, həmçinin, kampaniyalar haqda ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və www.xalqbank.az saytından əldə etmək olar.

 

 

Вся лента