Azərbaycanda sahibkarlara 50 milyon manatdan artıq güzəştli kredit verilib

16:39 - 30.03.2018


30 mart, Fineko/abc.az. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin əvvəlindən  50 milyon manatdan çox güzəştli kredit verib.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, investisiya layihələrinin həyata keçirilməsi nəticəsində ayrılan kreditlər hesabına 5,1 mindən çox yeni iş yeri açılacaq.

Sahibkarlığa Kömək Milli Fondu  2017-ci ildə 146 milyon manatlıq güzəştli kredit verib.

 

Вся лента