Azərbaycan Turizm Assosiasiyasının komitəsinin yeni rəhbəri təyin edilib

17:33 - 30.03.2018


30 mart, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasında (AzTa) struktur dəyişiklikləri aparılıb.

AzTa-nın məlumatında deyilir ki, gəlmə turizm komitəsinin iclası keçirilib və komitənin yeni rəhbəri seçilib.

“AzTa-nın gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov seçilib. Bundan öncə həmin vəzifəni Murad Kərəmov icra edirdi”, - məlumatda belə deyilir.

Komitə rəhbərləri AzTa-nın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir.

 

Вся лента