Bakıda tikilən sosial yaşayış kompleksində mənzillərin təmir nümunələri təqdim olundu

10:59 - 2.04.2018


2 aprel, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələrini təqdim etdi.

Nümunələr, Agentliyin www.mida.az rəsmi saytında təqdim edilib.

Agentlik, dizayn və rəngi ilə fərqlənən iki təmir növü təqdim edir. Mənzillərin təmirində yalnız yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilir. Yaşayış kompleksinin mənzilləri tam təmir olunmuş vəziyyətdə alıcılara təqdim ediləcək. Güzəştlə satılacaq mənzillər mətbəx mebeli ilə təchiz olunacaq, istilik sistemi quraşdırılacaq, su, qaz və elektrik sayğacları quraşdırılacaq, həmçinin, kommunikasiya xətləri, televiziya və İnternet xətləri çəkiləcək.

Yasamal Yaşayış Kompleksi haqqında daha ətraflı məlumatı www.yasamal.mida.az linki vasitəsi ilə əldə etmək olar.

 

 

Вся лента