Yanvar-fevral aylarında xarici vətəndaşların Azərbaycana axını 12% artıb

13:36 - 2.04.2018


2 aprel, Fineko/abc.az. Xarici vətəndaşların Azərbaycana axını 12% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında 139 ölkədən 352,5 min nəfər Azərbaycana gəlib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12,1% çoxdur.

“Onlardan 29,3%-i Rusiya, 24,9%-i Gürcüstan, 13,8%-i Türkiyə, 8%-i İran, 3,7%-i BƏƏ, 2,1%-i Ukrayna, 2%-i İraq, 16,1%-i digər ölkələrdən gələn vətəndaşlar, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslərdir”, - DGK-in məlumatında belə deyilir.

Fars Körfəzi ölkələrindən, xüsusilə Küveytdən 6 dəfə, Qətərdən 2,6 dəfə, Bəhreyndən 2,5 dəfə, Səudiyyə Ərəbistanından 2,5 dəfə, Omandan 1,8, İraqdan 1,7 dəfə, BƏƏ-dən gələn turistlərin sayı isə 1,3 dəfə artıb. İranlı turistlərin axını 26,7% azalıb, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı dəyişməyib və 11,3 min nəfər, MDB ölkələrindən isə 4,6% artaraq 123 min nəfər təşkil edib.

 

 

Вся лента