“SOCAR Capital”ın faiz gəlirləri 7,5 milyon dollara çatdırıldı

13:39 - 2.04.2018


2 aprel, Fineko/abc.az. SOCAR istiqrazlarının sahibləri 17 aprel tarixində növbəti gəlirləri əldə edəcəklər.

“SOCAR Capital” şirkətinin məlumatında deyilir ki, istiqrazların sahibləri hər istiqraza 12,5 dollar və ya ümumilikdə 1,250 milyon dollar alacaqlar.

“Bu, SOCAR  istiqrazlarının sahiblərinə faiz gəlirlərinin altıncı ödənişidir. 2017-ci ildə istiqrazların sahiblərinə  $5 milyon dollar ödənilmişdir, aprelin 17-nə planlaşdırılmış ödənişlərin yekununda istiqrazlar üzrə cəmi ödənişlər 7,5 milyon dollara çatacaq”, - “SOCAR Capital” şirkətinin investisiyalar və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov belə deyib.

 

 

Вся лента