Azərbaycanın ehtiyat aktivləri 2 milyard dollar məbləğində artıb

16:18 - 2.04.2018


2  aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin yekunlarına dair ödəniş balansı üzrə hesabatı açıqlayıb.

Hesabata əsasən,  kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 33,8 milyon dollar azalmış, xalis maliyyə öhdəlikləri isə 662,0 milyon dollar artmışdır. Kreditlər və ssudalar üzrə  xalis maliyyə öhdəlikləri əsasən bankların kreditləri hesabına azalmış, dövlət və dövlət təminatlı kreditləri hesabına isə artmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 801,9 milyon dollar artmış, xalis maliyyə öhdəlikləri isə 1251,1 milyon dollar azalmışdır

Hesabat dövrü üzrə ehtiyat aktivləri 2 milyard dollar məbləğində artıb.

 

Вся лента