“VISA” Rusiyada sayt və tətbiqlərdən kart məlumatlarının silinməsini işə salıb

15:20 - 13.08.2021


13 avqust, Fineko/abc.az.  “Visa” Rusiyada sayt və tətbiqlərdən kart məlumatlarının silinməsi funksiyasını işə salıb.

“VC.RU” saytına istinadən xəbər verilir ki, bəzi banklar bu funksiyanı öz mobil tətbiqinə əlavə etməyi planlaşdırır.

Xidmət bankın mobil tətbiqetməsinə daxil ediləcək, nəticədə istifadəçilər kart məlumatlarını daxil etdikləri onlayn mağazaların siyahısını görə biləcəklər. Verilən məlumata görə, yeni funksiyanı “VTB”, “Home Kredit” və “MTS-Bank” işə salıb, gələcəkdə Rusiyanın digər bankları da onu tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, “Visa” planlarını 2020-ci ilin martında açıqlayıb. Xidmət yalnız “Visa” kart istifadəçiləri üçün nəzərdə tutulub. O, kart buraxan bankın mobil tətbiqinə daxil edilməlidir.

Analoji funksiya “Mastercard” sahibləri üçün də yaradıla bilər.

©Banker

Вся лента