“SOCAR Türkiyə” 1,3 milyard dollarlıq maliyyələşmə cəlb edib

15:33 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Türkiyə” 2021-ci ildə dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institularından əlverişli şərtlərlə 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyə vəsaiti cəlb etməklə təkrar maliyyələşmə əməliyyatını relallaşdırıb.

ABC.AZ “SOCAR Türkiyə”-nin məlumatına istinadla xəbər verir ki, təkrar maliyyələşmə əməliyyatı şirkətin maliyyə öhdəliklərini artırmır və əvvəlki səviyyədə sabit saxlayır.

Şirkət qlobal qeyri-müəyyənliklə müşahidə olunan pandemiya dövründə təmin etdiyi yüksək məbləğli təkrar maliyyələşmə ilə dünya bazarlarında güclü mövqeyini bir daha sübut edib.

Dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştrakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3,45 % ilə cəlb edilən vəsait qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmayıb.

Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson & Elkins RLLP və Omni Law Firm qoruyub.

 

Вся лента