“Petkim” ilin ikinci rübünü tarixi ən yüksək maliyyə göstəriciləri ilə başa vurub

17:03 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Bu ilin II rübündə Türkiyənin “Petkim” neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur) xalis mənfəəti 1 mlrd. 325 mln., ümumi dövriyyəsi isə 7 mlrd. 397 mln. Türk lirəsi (TL) təşkil edib. Bu da müəssisə üzrə tarixi hər iki göstərici üzrə ən yüksək göstəricidir.

ABC.AZ Apa-ya istinadla xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”yə istinadən verdiyi məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin birinci yarısında “Petkim”in xalis mənfəəti 2 mld. 216 mln. TL təşkil edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 17 avqust 2021-ci il tarixinə olan məzənnəsinə görə, 1 TL 0,2008 AZN təşkil edir.

Qeyd edək ki, SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

 

Вся лента