Xəzər dənizinin dayazsulu hissəsinin ilk kəşfiyyat quyusunun qazılmasına başlandı

14:21 - 18.08.2021


18 avgust, Fineko/abc.az. SOCAR və bp tərəfindən avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edilib.

ABC.AZ xəbər verir ki , bu barərə SOCAR və bp-nin birgə məlumat yayıb.

Məlumata görə, quyunun qazılmasında istifadə olunan “Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb. Quyunun dərinliyinin 2 min 424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparıla bilər.

Layihənin operatoru bp şirkətidir. Hasilatın pay bölgüsü sazişində bp və SOCAR hər biri 50% paya malikdir.

“Satti” özüqalxan qazma qurğusu Caspian Drilling Company (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.

 

Вся лента