Aeroflot payızda Krasnoyarskdan Bakılya uçuşlar yerinə yetriməyi planlaşdırır

17:14 - 18.08.2021


18 avqust, Fineko/abc.az. Rusiyanın “Aeroflot” aviaşirkəti payız cədvəlində Krasnoyarsk aviahabdan 4 yeni istiqamətə - Bakı, Novosubirsk, Tümen və Özbəkistanda Fərqanə vadisinə uçuşları bəyan edib. Bu barədə “Yandeks. Raspisaniya” servisinin məlumatında qeyd olunur.

Bu barədə ABC.AZ “İnterfaks-Azərbaycan”-a istinadən xəbər verir ki, Bakıya reyslər həftənin şənbə günləri bəyan olunub (5 saat 30 dəqiqə).

Bütün bəyan edilmiş reyslər Boeing-737-800 tipli təyyarələrlə yerinə yetiriləcək.

 

Вся лента