Vergi Məcəlləsinə sahibkarlar tərəfindən təklif edilən dəyişikliklər Azərbaycan Parlamentində müzakirə olunacaq

16:27 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi, sahibkarlar tərəfindən, Vergi Məcəlləsinə daxil edilməsi üçün təkliflərin qəbulunu başa çatdırıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, təkliflər bir ay ərzində nəzərdən keçiriləcək.

“Təkliflər əsasən nağdsız hesablaşma, vergi idarəsi, vergi qanunvericiliyi ilə bağlıdır. Bütün təkliflər diqqətlə nəzərdən keçirilir, yoxlanıldıqdan sonra müvafiq orqanlara təqdim olunacaq və razılaşdırıldıqdan sonra büdcə paketi çərçivəsində ölkənin Parlamentində müzakirə ediləcək”, - nazir müavini belə deyib.

Daha öncə Azərbaycan vergilər naziri Mikayıl Cabbarov elan etmişdir ki,  Vergilər Nazirliyi martın 31-dək vergi qanunvericiliyinə düzəlişlərin hazırlanması prosesində biznes nümayəndələrindən təkliflər qəbul edir.

 

Вся лента