Bu gün AMB-in qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16:58 - 4.04.2018


4 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısa müddətli notlar yerləşdirib.

Bakı Fond Birjası xəbər verir ki, aprelin 4-də keçirilən hərracda AMB 50101367S dövlət qeydiyyat nömrəli notlar satıb.

Notlar 150 milyon manat həcmində, 28 gün tədavül müddətinə təklif edilmişdir.

18 investordan 788 035,2 min manat məbləğində notların alışına dair 21 sifariş daxil olmuşdur. İnvestorlar notlara 99,3812 manat (gəlirlilik 8,01%) təklf etmişlər.

AMB-in qərarına əsasən, istiqrazların kəsmə qiyməti orta ölçülmüş qiymətə bərabər olmuş və 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 150 milyon manat həcmində notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi:  2 may 2018-ci il.

 

 

Вся лента