Bakı Fond Birjası: ənənəvi maliyyə alətləri artıq öz funksiyalarını yerinə yetirmir

17.10.2017,11:58


Azərbaycanda kapital bazarlarında alətlərin diversifikasiyasına ehtiyac yaranıb.

“Azərbaycanın kapital bazarları, imkanlar və perspektivlər” konfransı zamanı, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazovun qeyd edib ki, qüvvədə olan, ənənəvi maliyyə alətləri artıq öz funksiyaları qismən yerinə yetirmir.

“Bazarda alətlərin diversifikasiyasına ehtiyac yaranıb, həmçinin maliyyələşdirmə və investisiya alətlərinin diversifikasiyasına tələbat vardır. Kapital bazarlarına çıxış artıq zərurət halını alıb”, - deyə V.Namazov  bildirdi.

Onun sözlərinə görə, hazırkı mərhələdə həmçinin borc alətlərinin, istiqraz  bazarının inkişafı və korporativ idarəetmə standartlarının tətbiqi böyük əhəmiyyət kəsb edir.

V.Namazov qeyd edib: “Yerinə yetirilmiş işin müsbət nəticələri artıq keçən ildən etibarən görünməyə başladı. Biz,  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  $100 milyon həcmində istiqrazlarını müvəffəqiyyətlə yerləşdirdik və bu istiqrazların IPO-sunu (kütləvi üsulla yerləşdirmə) həyata keçirdik”.

Ключевые слова: kapital bazarı fond birjası