Ötən yeddi ayda ən çox ixrac aparan dövlət şirkətləri - Siyahı

14:38 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonrakı yerlərdə “Socar Polymer” MMC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, "Caspian Geo" MMC, "Naxçıvan MR Dövlət Energetika Xidməti" gəlir.

Müəllif: Elmir Murad

Вся лента