Pekində Azərbaycan stendi - Ölkəmiz sərgiyə qatılıb

16:12 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Pekində Çin beynəlxalq xidmət ticarəti sərgisi işinə başlayıb.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə sərgidə iştirak edir.

Budəfəki sərgidə ilk dəfə olaraq, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi”də təmsil olunur.

Stendimizi ziyarət edənlər ölkəmizin tranzit-nəqliyyat potensialı, sənaye parklarımızda rezidentlərinə verilən güzəştlər və xidmətlər, Ələt Azad İqtisadi Zonasında investorlara təklif edilən unikal imkanlar və xidmətlər ilə tanış ola bilirlər. Bundan başqa, stendimizdə Azərbaycanın turizm imkanları təqdim olunur, Çində satışda olan “Made in Azerbaijan” brendli qida və kənd təsərrüfatı məhsulları nümayiş edilir.

 

Вся лента