2018-ci ilin fevral ayında Azərbaycanda banklar aktivlərini 1,2%, kapitallaşmanı 2,2% artırdılar

13:29 - 5.04.2018


5 aprel, Fineko/abc.az. 28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 milyard manat təşkil etmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (FIMSA) məlumatında deyilir ki, bankların cəmi öhdəlikləri  24,6 milyard  manat təşkil edir.

2018-ci il fevralın 28-də Azərbaycanda bankların ümumi kapitallaşması 3,9 milyard manat təşkil etmişdir. Əhalinin bank əmanətləri 28 fevral 2018-ci ildə 7,7 milyard manat təşkil etmişdir.

2018-ci ilin fevral ayında bank sektorunun aktivləri 1,2% (329 mln. manat), ümumi öhdəlikləri 1% (246 mln. manat), kapitallaşma isə 2,2% (83 mln. manat) artıb.

28 fevral 2018-ci il tarixinə Azərbaycanda 511 filial və 143 şöbəsi olan 30 bank fəaliyyət göstərir. Bankomatların  sayı 2 444 ədəddir. Azərbaycanın bank sektorunda ümumilikdə 16 331 nəfər çalışır.

 

Вся лента