Aprelin 6-da gözlənilən hava haqqında məlumat

13:40 - 5.04.2018


5 aprel, Fineko/abc.az. Aprelin 6-da Bakıda və Abşeronda  hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında  bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15,  Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 70-80%, gündüz 55-65%  təşkil edəcək.

Azərbaycanın bölgələrində sabah hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Вся лента