2017-ci ildə “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları sata bilib

16:48 - 6.04.2018


6 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev  “Yeni Azərbaycan” partiyasının saytına müsahibə verib.

Rövnəq Abdullayev müsahibəsində deyib ki, Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir.

“Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlətəmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənmişdir. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırmışdır”, - Rövnəq Abdullayev belə deyib.

Rövnəq Abdullayevin bildirdiyinə görə, bu gün “SOCAR Trading” sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir.

“Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırmışdır. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olmuşdur”, - Rövnəq Abdullayev belə deyib.

 

Вся лента