“Azerspace-2/Intelsat 38” mayın 25-də orbitə buraxılacaq

17:27 - 6.04.2018


6 aprel, Fineko/abc.az. Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışını mayın 25-ə həyata  keçirmək planlaşdırılır.

Bu məlumatı Azərbaycan peykinin buraxılışı ilə məşğul olan Fransanın "Arianespace" şirkəti yayıb.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

 

Вся лента