BP-nin podratçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərmək istəyir

12:00 - 9.04.2018


9 aprel, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counsu qəbul edib.

Görüş gedişatında  Şahin Mustafayev  bildirilb ki, BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlıdır  və Parkın ərazisində yaradılmış şərait və yerinə yetirilən işlərlə tanış olması üçün Qari Counsu dəvət edib.

Nazir, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə danışıb, bildirib ki, BP tələb olunan ixtisaslı kadrların hazırlanması üçün Peşə Tədris Mərkəzinə sifarişlər verə bilər, sənaye sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə əməkaşlığın genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Qari Couns öz növbəsində  qeyd edib ki, BP əməkdaşlarının 90%-i yerli vətəndaşlardır. Regional prezident, Azərbaycanda tətbiq olunan və həyata keçirilməsi planlaşdırılan layihələr barədə nazirə məlumat verib, müxtəlif sosial layihələr barədə danışıb.

 

Вся лента