“Azəralüminium” hesabat açıqladı - Gəlirləri azalıb

17:17 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. “Azəralüminium” MMC 2020-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın hesabata istinadən məlumatına görə, sözügedən ili şirkət 744 min 842 manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildən 234 min manat zərərlə çıxmış “Azəralüminium” MMC 2019-cu ili 2 milyon 222 milyon manat xalis mənfəətlə bağlamışdı.

Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə Şirkətin xalis mənfəəti 3 dəfə azalıb.

Beləliklə ötən il “Azəralüminium”un cəmi gəlirləri 172 milyon 853 min 464 manat, cəmi xərcləri isə 172 milyon 108 min 622 manat təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента