Azərbaycanda 33,8 milyon manatlıq ipoteka krediti verilib

13:08 - 9.04.2018


9 aprel, Fineko/abc.az. İlin əvvəlindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 33,8 milyon manat həcmində ipoteka krediti ayrılıb.

Azərbaycan Mərkəzi Bankında (AMB) bildiriblər ki, fevral ayında 19,2 milyon manat, yanvar ayında isə 14,6 milyon manat ayrılıb.

İki ay ərzində 39,1 milyon manat, o cümlədən fevral ayında 22,5 milyon manat, yanvar ayında isə 16,6 milyon manat məbləğində kreditlər təkrar maliyyələşdirilib. Verilmiş kreditlər üzrə aylıq ödənişlər 320 min AZN-dən çoxdur.

2018-ci il dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi  üçün Fond 50 milyon manat ayırıb.

 

Вся лента