Asiya İnkişaf Bankı Azərbaycanla bağlı proqnoz açıqladı - İnflyasiya 3 faiz olacaq

10:10 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bank ölkəmizdə inflyasiya gözləntisinin əvvəlki proqnoza nisbətən 1 faiz bəndi artıraraq 4,5%-ə çatdırıb.

Bankın açıqladığı sənədə əsasən, gələn il isə Azərbaycanda infyasiya 3% səviyyəsində reallaşacaq.

Bu göstərici bu il üçün Gürcüstanda 9,5 %, Qazaxıstanda 6,9 %, Ermənistanda isə 5,5 % səviyyəsində reallaşacaq. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4 %, 6,4 % və 3 % olacaq.

 

Вся лента