Bank sektorunun cəmi aktivləri azalıb

15:07 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank 31 avqust 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəricilərini açıqlayıb.

ABC.AZ sözügedən göstəricilərə istinadən xəbər verir ki, iyul ayının sonu ilə (31.07.2021) müqayisədə avqustda bank sektorunun cəmi aktivləri 241,4 milyon manat və ya 0,7% azalaraq 33 milyard 426,7 milyon manata geriləyib.

İyulun sonunda sektroun cəmi aktivləri 33 milyard 668,1 milyon manata çatmışdı.

Cəmi aktivlərin düşməsinin əsas səbəbi digər aktivlərin 488,7 milyon manat azalması ilə əlaqədardır.

Müəllif: Elmir Murad

Вся лента