Azərbaycandakı banklar 8 ayda kreditlərdən böyük gəlir əldə edib

11:33 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Azərbaycandakı 26 bank bu ilin 8 ayında verdikləri kreditlərdən 1 milyard manatdan artıq gəlir əldə ediblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 92,1 milyon manat təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,6 milyon manat və ya 8,6% çoxdur. Bankların ötən ilin 8 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 5,5 milyon manat təşkil etmişdi.

2021-ci ilin 8 ayında faizlər üzrə xərcləri isə 322,3 milyon manat olub.

Bu xərc ötən ilin eyni dövründə 352,7 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi  depozitlər üzrə faiz xərcləridir.

 

Вся лента