SOCAR-ın Metanol zavodunda audit keçirilib

14:10 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. SOCAR-ın struktur bölmələrinin fəaliyyətlərini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq və müvafiq olaraq sertifikatlaşdırma proqramını təmin etmək məqsədilə növbəti audit Metanol zavodunda keçirilib.

Bu barədə ABC.AZ SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin məlumatına istinadla xəbər verir.

Qeyd edilir ki, idarənin mütəxəssislər qrupu tərəfindən keçirilən audit yoxlaması zamanı zavodda ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 50001:2018 standartlarının tələblərinə uyğun qurulmuş idarəetmə sistemlərinə baxış keçirilib.

Metanol məhsulunun istehsalı prosesini izləyən mütəxəssislər məhsulun uyğunluğunun təmin edilməsi üzrə analizlərin aparıldığı Mərkəzi Laboratoriyanın akkreditasiya sənədləri ilə də yaxından tanış olub, sistemlərin inkişafına xidmət edəcək təklifləri qarşı tərəfin diqqətinə çatdırıblar.

 

Вся лента