Gələn aydan Pakistandan yük maşınları Azərbaycana daxil ola biləcək

16:48 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasınıda (ABADA) olub.

ABADA-dan ABC.AZ-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əldə olunan razılaşmaların həyata keçirilməsi, nəqliyyat və yükdaşıma sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Pakistanla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir də təşkil ediləcək.

 

Вся лента