Visa Inc. Azərbaycanla əməkdaşlığı genişləndirəcək

15:48 - 17.10.2017


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Visa Inc” şirkətinin Hökumətlə Əlaqələr üzrə direktoru Yuliya Zavalişınanı qəbul edib.

Mərkəzin məlumatına əsasən, V.Qasımlı görüş gedişatında Azərbaycanda elektron ticarət sahəsində həyata keçirilən islahatlar, həmçinin elektron ödənişlər sisteminin inkişafı və perspektivləri haqqında danışdı.

Məlumatda  qeyd edilir: “Öz növbəsində, Yuliya Zavilişina regionda, xüsusilə Azərbaycanda əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirdi və qeyd etdi ki, yaxın vaxtlarda bu istiqamətdə lazımi addımlar atılacaq”.


Вся лента