Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv olunmuş bankların əmlakını satır

11:54 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF), ləğv prosesində olan  bankların əmlakının satılması üzrə hərrac keçirir.

AƏSF-in məlumatında deyilir ki, QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

“20 lot üzrə əmlak ikinci dəfə hərraca çıxarılır, 19 lot üzrə - üçünçü dəfə, 2 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır”, - məlumatda belə deyilir.

İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 7 may 2018-ci il tarixində, dördüncü dəfə isə - 30 aprel 2018-ci il tarixində keçiriləcək.

Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.

 

Вся лента