“SOCAR Energy Ukraine” ən çox vergi ödəyən şirkətlər arasında qərarlaşıb

17:27 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergi ödəyicisi kimi ilk 10-luqda yer alıb.

ABC.AZ-ın məlumatına görə, bua barədə xəbər Ukrayna mətbuatında öz əksini tapıb.

Belə ki, “SOCAR Energy Ukraine” yanacaq bazarında ötən il dövlət büdcəsinə töhfəsi 156,6 milyon qrivna təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента